İstanbulda məhkəməyə hücum edən terrorçular öldürülüb
Bu gün Türkiyənin İstanbul şəhərində Çağlayan Məhkəməsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib.
Bu barədə Türkiyənin daxili işlər naziir Ali Yerlikaya sosial medai hesabında bildirib.
O qeyd edib ki, 1-i qadın və 1-i kişi olmaqla, 2 terrorçu öldürülüb. Zərərləşdirilən E.Y. və P.B adlı şəxslərin DHKP/C terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Hücum zamanı 3-ü polis, 3-ü vətəndaş olmaqla 6 nəfər yaralanıb.(trend)
KARUSEL / DÜNYA
Tarix: 6-02-2024, 14:09