mobil versiya

Türkiyənin bütün ərazisində antiterror əməliyyatlarına başlanılıb


Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində “Kahramanlar” kod adı ilə miqyaslı antiterror əməliyyatına başlayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu barədə özünün sosial media hesabında yazıb.
“Səhər saat 8:30-a (Türkiyə vaxtı ilə) olan məlumata görə, ölkə ərazisində 466 anti-terror əməliyyatı keçirilib. Əməliyyatlara təhlükəsizlik qüvvələrinin 13 min 440 əməkdaşı cəlb olunub. Nəticədə Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terrorçu həbs olunub, Diyarbakır, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə isə 55 şübhəli saxlanılıb”, - deyə Ali Yerlikaya bildirib.
Türkiyə ərazisində miqyaslı antiterror əməliyyatları PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.

KARUSEL / DÜNYA
Tarix: 3-10-2023, 12:35