mobil versiya

Türkiyədə biri dəstə başçısı olmaqla PKK-nın 4 terrorçusu zərərsizləşdirilib




Türkiyə Daxili İşlər Nazirliyinin Mardində keçirdiyi “Eren-5” antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının axtarışda olan tanınmış liderlərindən biri - “Cilo” kod adlı Süleyman Öztürk məhv edilib.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin yaydığı başqa bir məlumata görə, Vanda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın üç silahlısı zərərsizləşdirilib. Əməliyyat nəticəsində terrorçuların silah-sursatları da məhv edilib.


SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 5-08-2021, 15:35