“Sülh bulağı” əməliyyatında üçüncü gün - Öldürülən terrorçu sayı açıqlandı
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Sülh bulağı” antiterror əməliyyatı davam edir.
Gecə saatlarında keçirilən əməliyyatlarda daha 49 terrorçu zərərsizləşdirilib.
Bununla da, 3 gün ərzində məhv edilən terrorçu sayı 277-yə çatıb.
Bu əməliyyatlarda Türkiyə ordusu 1 şəhid verib. Daha 3 hərbçi isə yaralanıb.
Böyük itkilər verən PKK/YPG terrorçuları Türkiyə sərhədindəki Nusaybin, Akçakale, Ceylanpınar qəsəbələrinə raket və top zərbələri endirib. Nəticədə 7 sakin ölüb, 67-si isə yaralanıb. Onların arasında uşaqlar da var.
Qeyd edək ki, bu saata qədər ümumilikdə 11 kənd terrorçulardan azad edilib.//BAKU.WS
KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 11-10-2019, 10:10