mobil versiya

Şəhidlərin qanı yerdə qalmadı: Əli türk qanına batan "Botan" məhv edildi



Türkiyə Jandarma Qüvvələrinin iki zabitinin qatili olan "Botan" kod adlı PKK terrorçusu zərərsizləşdirilib. 

BAKU.WS xəbər verir ki, bu barədə ictimaiyyətə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Tunceli vilayətinə təşkil edilən əməliyyatda İbrahim Tatlı adlı şəxs zərərsizləşdirilib. 

Qeyd edək ki, "Botan" kod adlı terrorçu 11 iyun 2019-cu il tarixində Tunceli kəndində Jandarma Qüvvələrinin Ökkeş Ede və Əmrə Üçkan adlı zabitlərinin ölümünə səbəb olan silahlı hücumu təşkil etmişdi.

Silhalı hücumun digər təşkilatçısı "Zınar" kod adlı Hayrettin Akdoğan isə 27 avqust tarixində Tunceli vilayət Jandarma Komandanlığının həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilmişdi.
KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 17-09-2019, 11:50