mobil versiya

Azərbaycan Premyer Liqasıda XXII tur başa çatır



Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.
Son oyun günündə üç matç keçiriləcək.
Əvvəlcə meydana "Turan Tovuz" və "Qəbələ" komandaları çıxacaqlar. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da start götürəcək.
Növbəti oyun "Zirə" və "Sumqayıt" arasında olacaq. Zirə İdman Kompleksində baş tutacaq matç saat 17:15-də başlayacaq.
Günün son oyunu Mərdəkanda təşkil olunacaq. "Araz-Naxçıvan" "Dalğa Arena"da "Neftçi"ni qəbul edəcək. Qarşılaşmanın start fiti 19:30-da çalınacaq.
Turun əvvəlki oyunlarında "Qarabağ" və "Sabah" komandaları 3:3 hesablı sülhə razılaşıblar, "Səbail" isə səfərdə "Kəpəz"i məğlub edib – 4:1.

KARUSEL / İDMAN
Tarix: 13-02-2024, 10:41