NATO üzvü olan ölkələri son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb
NATO üzvü olan Avropa ölkələri və Kanada son on ildə hərbi xərclərini 600 milyard dollar artırıb.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Alyansa daxil olan Avropa ölkələri və Kanada 2014-cü ildən bəri hərbi xərclərini 600 milyard dollar artırıb. Ötən il biz rekord həcmdə - 11 faizlik artım müşahidə etmişik. Bu il 18 müttəfiqin hərbi xərclərinin ümumdaxili məhsullarının 2 faizinə çatacağını gözləyirik”, - deyə Yens Stoltenberq bildirib.
KARUSEL / DÜNYA
Tarix: 19-02-2024, 09:15