Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verilib
Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il ərzində davam etdirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib.
Nazir bildirib ki, dekabrın 31-nə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib: “Dəstək proqramı çərçivəsində dekabrın 31-dək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 milyon manat vəsait verilib”.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-02-2024, 12:29