mobil versiya

Əl-Əqsa məscidində namaz qılmağa icazə veriləcək



İsrailin hakimiyyət orqanları fələstinli müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa icazə verəcək, lakin bu müəyyən qayda və giriş meyarları ilə tənzimlənəcək.
İsrail baş nazirinin müşaviri Dmitri Qendelman bu barədə özünün sosial media hesabında bildirib.
Onun sözlərinə görə, Əl-Əqsa məscidinə giriş proseduru və meyarları yaxın günlərdə Yəhudi dövlətinin polisi tərəfindən açıqlanacaq.
Fevralın 18-də xarici medianın İsrail hökumətindəki mənbəyə istinadla dərc etdiyi məlumata görə, hakimiyyət orqanları Ramazan ayında İordan çayının qərb sahilindən Əl-Əqsa məscidinin yerləşdiyi Məbəd dağına fələstinlilərin girişini 15 min nəfərədək məhdudlaşdıracaq. İcazə yalnız yaşı 60-dan yuxarı olan şəxslərə və 10 yaşınadək uşaqlara veriləcək.

KARUSEL / DÜNYA
Tarix: 20-02-2024, 12:05