"Polşalı Nobel" adlı kitabınının təqdimatı baş tutub
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olmuş polşalı mühəndis Vitold Zqlenitski haqqında kitabın təqdimatı olub.
Kitab Azərbaycan və ingilis dillərində tərçümə edilib.
Andjey Yan Xodubskinin kitabı Azərbaycanda neft-qaz sənayesinin yaradılmasında böyük xidmətləri olan bu polşalı geoloq və ixtiraçının həyatından bəhs edir.
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski çıxışında deyib ki, Polşanın Bakıdakı Səfirliyi, bu şəxsiyyət haqda bilikləri təbliğ etməkçün ona həsr olunmuş və müəllifi Andjey Yan Xodubskinin olduğu "Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904) "Polşalı Nobel" adlı kitabını Azərbaycanda nəşr etmək qərarına gəlib. O, “Bakı neftinin atası” kimi tanınan görkəmli polşalı geoloqun fəaliyyətindən bəhs edən kitabı Azərbaycan dilinə tərcümə edən Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Səttarova öz təşəkkürümü bildirib. Zqlenitskinin həyat və yaradıcılğı haqqında məlumat verən səfir deyib ki, Zqlenitskinin həyatı və nailiyyətləri yalnız geologiya və dağ-mədən sahəsi ilə bağlı bir qrup mütəxəssisə məlumdur. Diplomat qeyd edib ki, Vitold Zqlenitski eyni zamanda Bakıdakı Polşa icmasının fəal üzvü və Polşa-Azərbaycan münasibətlərində mühüm fiqur olub.
Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə o, Polşada mühəndis işləyib, lakin onun peşəkar həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlı olub - 1891-ci ildən ölümünə qədər burada çalışıb.
V. Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olmuş və onun dəniz dibindən çıxarılması ideyasını irəli sürmüşdür. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlamışdır. V. Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olmuşdur. Onu “Bakı neftinin atası” adlandırmaq olar, çünki onun geoloji fəaliyyəti və ixtiraları bu şəhərdə neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib.
V. Zqlenitskinin ictimai fəaliyyətini də xatırlanmağa dəyər. Məsələn Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində (ölümündən sonra - miras vəsiyyəti ilə) iştirak edirdi. V. Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi I Dünya Müharibəsinin başlaması ilə dayandırıldı. Rusiyada 1917-ci il inqilabından sonra V. Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum edildi (özgəninkiləşdirmə kompensasiya edilmədən həyata keçirilirdi).
V. Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb - o, Wola Kielpinska qəbiristanlığında dəfn olunub.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 20-02-2024, 17:22