mobil versiya

Polşa səfirliyi Azərbaycan neftçilərini təbrik edib



Polşa Respublikasının Bakıdakı Səfirliyi, Neftçilər Günü münasibətilə Azərbaycanın neft və qaz sənayesinin əməkdaşlarına, o cümlədən Polyaklara və Polşa icmasının nümayəndələrini Facebookdakı rəsmi səhifəsində təbrik edib. 
Təbrikdə bildirilir ki, bugünkü bayram neftin çıxarılması üsullarını müasirləşdirmiş və onu dənizin dibindən çıxarmaq ideyasını irəli sürmüş, Azərbaycana böyük xidmətləri olmuş Polşalı ixtiraçı, geoloq və xeyriyyəçi Vitold Zqlenitskini (1850-1904) xatırlamaq üçün fürsətdir.
Həmyerlimiz qazma platforması konsepsiyasını və qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, o cümlədən neft quyularının əyriliyini ölçən cihaz və şaftların daha sürətli və daha böyük dərinliklərə qazılmasına imkan verən cihazlar hazırlamışdır. Vitold Zqlenitski Azərbaycan ərazisində və Xəzər Dənizinin dibi altında karbohidrogen yataqlarının ehtiyatlarını müəyyən etmişdir. Onu “Bakı neftinin atası” adlandırmaq olar, çünki onun geoloji fəaliyyəti və ixtiraları bu şəhərdə neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib.

KARUSEL / SİYASƏT
Tarix: 20-09-2023, 12:56