Mədəniyyət Nazirliyində "TikTok"un nümayəndə heyəti ilə görüş keçirilib
![](/uploads/posts/2024-03/1709292863_1709292759185.jpeg)
Mədəniyyət Nazirliyində nazir müavini Səadət Yusifovanın iştirakı ilə "TikTok" videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, görüşdə “TikTok” platformasının Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov, “TikTok Live”ın baş direktorunun müavinləri Junjiao Bay, Junqing Wu və digər qonaqlar iştirak ediblər.
Söhbət zamanı qonaqlara Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “#TikTokDanÖyrən” (#LearnOnTikTok) müsabiqəsi barədə məlumat verilib. Layihənin əhəmiyyəti vurğulanıb, fikir mübadiləsi aparılıb. Həmçinin nazirliyin tabeliyində olan müəssisələrin layihədə aktiv iştirakının təşviq edilməsi, mədəniyyət müəssisələrinin layihəyə cəlb olunması üçün "TikTok" tərəfindən əlavə təlimlərin keçirilməsi, “TikTok Live” vasitəsilə mədəniyyət sahəsinə dair məzmunun yaradılması mövzuları diqqət mərkəzinə çəkilib.
![](/uploads/posts/2024-03/1709292845_1709292788737.jpeg)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-03-2024, 15:33