mobil versiya

Abşeronda yeni qəsəbə yaradılır



Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsi “Şəfəq” qəsəbəsi adlandırılacaq.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub.
Həmin əraziyə qəsəbə statusunun verilməsi planlaşdırılır.
Qanun layihəsində qeyd edilir ki, rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılsın. Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin. Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.(trend)

KARUSEL / ÖLKƏ
Tarix: 5-03-2024, 14:18