Keçən il Azərbaycan üzrə beş minə yaxın təhlükəsizlik kamerası quraşdırılıb
"Təhlükəsiz şəhər" layihəsi çərçivəsində respublika üzrə daha 1,5 min nöqtədə 4,9 min kamera quraşdırılıb və müvafiq texniki vasitələrin sayı 4,8 min nöqtə üzrə 14,8 min kamera təşkil edib (Bakı şəhərində metropoliten də nəzərə alınmaqla 3,0 min nöqtədə 9,2 min kamera).
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Bununla yanaşı, 3,1 min üztanıma kamerası quraşdırılmışdır.
İşğaldan azad olunmuş ərazilərdə hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsi üçün hesabat ilində 194 nöqtədə 497 ədəd videomüşahidə kamerası quraşdırılaraq istifadəyə verilib. Hazırda həmin ərazilərdə ümumilikdə 285 nöqtədə 742 videomüşahidə kamerası, habelə 1 nöqtədə 4 ədəd "nömrətanıma" sistemi mövcuddur.
Videomüşahidə vasitələrinin tətbiqi ilə 23,5 min, o cümlədən 22,3 min yol- nəqliyyat hadisəsi (594-ü piyadaların vurulması ilə), 239 ictimai asayişin pozulması faktı, 1027 yanğın və digər hadisə müəyyən edilmiş, axtarışda olan 145, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 19 avtomobil müəyyənləşdirilmişdir.
Daxili İşlər Nazirliyi sistemində innovativ inkişafın dəstəklənməsi, o cümlədən əməliyyat-xidməti fəaliyyətdə texniki yeniliklərin tətbiqinin genişləndirilməsi, mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı işlər də davam etdirilmiş, o cümlədən "Daxili İşlər orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı"na uyğun olaraq 100-dən artıq innovativ xarakterli tədbir həyata keçirilmişdir.
Vətəndaşlara "Elektron Xidmətlər Portalı üzərindən göstərilən 31 adda dövlət xidmətinin mobil tətbiqləri də hazırlanmışdır. Hazırda informasiya sistemlərində toplanan zəruri məlumatlar 78 inteqrasiya servisi vasitəsilə 34 dövlət orqanına aid sistemlərə ötürülür.
"ASAN xidmət" mərkəzlərində, ərazi qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışların verilməsinin təşkili də diqqətdə saxlanılmışdır.
Bütövlükdə, ölkə üzrə yeni nəsil pasportların verilməsinə başlanıldığı dövrdən (2013-cü ilin sentyabr ayından) 3946,1 min nəfər ümumvətəndaş pasportu (onlardan 2826,7 mini "ASAN xidmət" mərkəzlərində), habelə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldığı dövrdən (2018-ci ilin sentyabr ayından) 5798,0 min vətəndaş biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, 2023-cü ildə isə 1090,4 min vətəndaşa (onlardan 80,7%-i "ASAN xidmət" mərkəzlərində) şəxsiyyət vəsiqəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 12 mart tarixli Sərəncamından ötən 16 il ərzində respublika üzrə 563 (Bakı şəhəri üzrə 53) polis sahə məntəqəsinin inşası üçün torpaq sahəsinin ayrılması təmin olunmuş, 200 yeni sahə məntəqəsi inşa edilmişdir (Bakı şəhəri üzrə 48).
Hesabat dövründə yeniyetmələrin hüquq və mənafelərinin müdafiəsi, müxtəlif növ qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması məqsədilə aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri ilə birgə 1280 reyd və yoxlama, hüquqi maarifləndirmə mövzusunda 2,6 mindən artıq müxtəlif səpkili görüş. yığıncaq və dəyirmi masa keçirilmişdir.
Valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 5446, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 342 azyaşlı gətirilmiş, hər biri haqqında qanunauyğun tədbirlər görülmüşdür. Onlardan 654-ü polisdə profilaktiki qeydiyyata götürülmüş, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara 504 material göndərilmişdir.
Valideyn himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 150 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığınacaqlara yerləşdirilmiş, zəruri yardım, himayə və köməklik göstərilməsi üçün səhiyyə, sosial-müdafiə və digər dövlət qurumlarına 168 məlumat və müraciət ünvanlanmışdır. Hesabat ilində uşaqlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları avaralıq və dilənçiliyə cəlb edən 345 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilmişdir. Valideynlərdən 38 nəfəri profilaktik nəzarətə götürülmüş, digərləri ilə fərdi söhbətlər aparılmışdır.
KARUSEL / CƏMİYYƏT

Tarix: 5-03-2024, 15:31