mobil versiya

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb



Bank və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 219 min ədəd artaraq 14 milyon 465 min ədəd təşkil edib.
Mərkəzi Bank xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16.1 faiz, kredit kartları üzrə 27.2 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1.6 milyon ədəd artıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-05-2023, 09:25