Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

Mərkəzi Bank xəbər verir ki, 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 202 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 535 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 663 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4 faizini təşkil edib.
KARUSEL / SOSİAL
Tarix: 24-05-2023, 08:56