mobil versiya

Azərbaycanda ötən il 44 min 500 qadın işlə təmin edilib



Azərbaycanda ötən il ərzində 44 min 500 qadın işlə təmin olunub.
Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Bakıda keçirilən "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, 2023-cü il ərzində 427 minə qədər şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
"Bununla yanaşı, 5300 qadın əmək bazarına uyğun olan peşə kurslarına cəlb edilib. Dövlətin məşğulluq siyasətindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə aparılan işlərin müsbət nəticəsi olaraq əmək bazarında qadınların iştirak səviyyəsi ildən-ilə artır. Hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsini qadınlar təşkil edirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aktiv məşğulluq proqramlarında qadınların iştirakına önəm verilir”, - deyə nazir müavini əlavə edib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 6-03-2024, 13:43