mobil versiya

İlk dəfə Laçın şəhərində, Zabux kəndində və Füzulidə yerləşən məktəblərdə buraxılış imtahanları keçiriləcək



Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçiriləcək. DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirəcək.
Xatırladaq ki, martın 10-da respublikanın 33 şəhər və rayonunda təşkil olunacaq imtahanda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulur.

KARUSEL / ÖLKƏ
Tarix: 7-03-2024, 11:16