mobil versiya

DYP-dən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət



Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bənzər qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Təəssüflər olsun ki, ötən həftəsonu ərzindən bu qayda pozuntusuna yol verdiklərinə görə 181 şəxs Dövlət Yol Polisi əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, normadan artıq, eləcə də düzgün qablaşdırılmamış yüklərin daşınması yol hərəkəti iştirakçıları üçün real təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların sıradan çıxmasına səbəb olur.
“Yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, təyinatından asılı olmayaraq daşınması həyata keçiriləcək istənilən yükün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilmiş kütlə hədlərindən artıq olmamasını nəzarətdə saxlamaqla qayda pozuntusuna yol verməsinlər, özləri və digər hərəkət iştirakçıları üçün yollarda təhlükə yaratmasınlar”, - deyə DYP məlumatında qeyd olunur.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-03-2024, 13:20