mobil versiya

Son bir ildə yük avtomobillərinin iştirakı ilə 127 yol qəzası baş verib



Son bir ildə yük avtomobillərinin iştirakı ilə qeydə alınmış 127 yol qəzasında 84 nəfər həlak olub, 85 nəfər isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Bu isə həmin daşımalar zamanı böyük maliyyə vəsaiti hesabına ərsəyə gətirilmiş yolların, körpülərin, yol ötürücülərinin və digər qurğuların vaxtından əvvəl sıradan çıxması ilə yanaşı, bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 12-02-2024, 12:35