mobil versiya

Yanvarda istehlakçılara 100 min manata qədər vəsait qaytarılıb



Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkar-istehlakçı münasibətlərinin inkişafına yönəlmiş maarifləndirmə tədbirləri istehlakçı hüquqlarının müdafiəsi sahəsinə öz müsbət töhfəsini verir.
Dövlət Xidmətindən bildirilib ki, cari ilin yanvar ayında təmin olunmuş müraciətlər üzrə istehlakçılara sahibkarlıq subyektləri tərəfindən 96 min 643 manat vəsait qaytarılıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il 6 dəfədən çox artım qeydə alınıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-03-2024, 17:41