8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılır
Martın 15-dən etibarən Bakı şəhəri, 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır:
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-03-2024, 15:59