mobil versiya

Rusiyada daha bir müəmmalı ölüm - "Lukoil"un vitse-prezidenti qəfil vəfat edib



“Lukoil”un vitse-prezidenti Vitali Robertus öz kabinetində ölü tapılıb.
"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bir neçə saat ofisindən çıxmayıb və telefonlara cavab verməyib.
İşçilər ofisə girmək qərarına gəliblər və bu zaman onun cansız bədəni ilə qarşılaşıblar.
İlkin məlumata görə, o, intihar edib.
Qeyd edək ki, 53 yaşlı V. Robertus 30 il "Lukoil"da çalışıb. O, son 2 ildə adıçəkilən şirkətin həyatını itirən 4-cü top-meneceridir.

KARUSEL / DÜNYA
Tarix: 14-03-2024, 14:20