mobil versiya

“Azərbaycanda 5 milyardlıq silahımız qalıb” - Sabiq nazir Paşinyanı günahlandırdı



“Silahlanmaqdansa, ordunu bacarıqla idarə etmək lazım idi ki, Azərbaycanda 5 milyardlıq silah qalmasın. O, hələ də danışıqlar aparmaqdan danışır, halbuki uzun müddətdir onunla heç kim danışıqlar aparmır, yalnız tələb edirlər”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, hazırda Rusiyada yaşayan Arşak Karapetyan Baş nazir Nikol Paşinyanın Qərb silahlarının alınması ilə bağlı keçirdiyi mətbuat konfransını şərh edərkən deyib.
Paşinyan kabinetində bir müddət nazir olan Karapetyan həmçinin etiraf edib ki, 2021-ci ildə Ermənistan ordusunda islahatların aparılması ilə bağlı Rusiyanın Müdafiə naziri Şoyqu ilə razılaşıb və 40 yüksək rütbəli rus generalı İrəvana gəlib.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 14-dəki çıxışı zamanı İkinci Qarabağ müharibəsi zamanı təxminən 5 milyard dollar dəyərində silah- sursatın məhv edildiyini və qənimət olaraq götürüldüyünü demişdi.

KARUSEL / DÜNYA
Tarix: 18-03-2024, 17:57