mobil versiya

Həmin kəndlər Azərbaycanındır” - Erməni deputatdan etiraf



Nikol Paşinyanın Azərbaycanın hələ də Ermənistanın işğalında olan kəndlərinin boşaldılmasının vacibliyi barədə bəyanatı Ermənistanda gərginliyə səbəb olub.
“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatına danışan hakim partiyanın deputatı Vahe Qalumyan həmin kəndlərin Azrbaycana məxsus olduğunu deyib: “Tavuşun (Tovuzqala - red.) bu dörd kəndi Azərbaycanındır, onlar Ermənistan Respublikasına aid deyillər”.
Onun sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası ilə məşğul olan komissiya onların qaytarılması ilə bağlı qərar verməlidir: “Mən bildiyimə görə, adıçəkilən kənd və ərazilərdə əvvəllər azərbaycanlılar məskunlaşıb. Baş nazirin barəsində danışdığı 31 kəndimiz (sərhəddəki yüksəkliklər -red.) isə kənd əraziləridir, bunlar açıq yerlərdir, çəmənliklərdir, əkin sahələridir. Adları çəkilən dörd kənd isə azərbaycanlıların keçmiş yaşayış məntəqələri olub”.
KARUSEL / GÜNDƏM
Tarix: 19-03-2024, 16:02