mobil versiya

Paşinyanın " Yeni Xəritəsi"



Tbilisidə keçirilən “İpək yolu” beynəlxalq forumunda iştirak edən Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə Cənubi Qafqaza aid xəritə nümayiş etdirərək, onun üzərindən kommunikasiya xətlərinin açılması perspektivlərindən danışıb.
“AzPolitika.info” xəbər verir ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə!” deyən Paşinyanın nümayiş etdirdiyi yeni xəritədə Azərbaycanın ərazi bütövlüyü olduğu kimi, tam əks etdirilib və orada nə qondarma quruma, nə də həmin qurumun istifadə etdiyi şəhər, rayon adlarına yer verilməyib.
Zəngəzur dəhlizi barədə də danışan Paşinyan xəritədə bu ərazidən keçən kommunikasiya xətlərini göstərib və Ermənistanın məlum şərtlər daxilində həmin yolların istifadəsinin əleyhinə olmadığını bildirib.

KARUSEL / GÜNDƏM
Tarix: 26-10-2023, 16:28