Paşinyan 6 ay vaxt istədi
Ermənistan baş naziri Nikol Paşinyan məğlubiyyəti topluma həzm etdirmək üçün yenidən vədlər verməyə başlayıb.
REPORTYOR.AZ verir ki, Nikol Paşinyan "Facebook" səhifəsində "yaranmış vəziyyətdən çıxış yolu" kimi 15 maddəlik yol xəritəsi açıqlayıb. Utopik tezislərin yer aldığı bu maddələrdə Ermənistanın inkişafı və s. kimi şeylər vəd olunur. Səhiyyə, müdafiə, iqtisadiyyat və sosial sferalarda və demokratikləşmə prosesində yeniliklərin olacağını yazan Paşinyan bunun üçün 6 ay vaxt lazım olduğunu və komandada dəyişikliklər lazım olduğunu qeyd edib.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 18-11-2020, 12:02