mobil versiya

"Fotolarda canlanan tarix” adlı sərginin açılışı keçirilib



Almaniyanın ölkəmizdəki Səfiri Dr. Ralf Horlemann "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ilə birlikdə İçərişəhərin Fotoqrafiya Evində çoxsaylı qonaqların iştirakı ilə “Fotolarda canlanan tarix” adlı sərginin açılışını edib.
Layihə Federal Xarici İşlər Nazirliyinin mədəniyyətin qorunması proqramının bir hissəsi kimi maliyyələşdirilib. Layihənin maliyyələşdirilməsi Azərbaycanda ilk dəfə olaraq İçərişəhər Muzeyinin 1860-cı illərə və 20-ci əsrin əvvəllərinə aid 5000-ə yaxın foto neqativ və nadir fotoşəkillərdən ibarət kolleksiyasının bərpasına, konservasiyasına, rəqəmsallaşdırılmasına və çapına başlanılmasına imkan yaradıb.
Aprelin 18-dək nümayiş etdiriləcək sərgidə Bakı, Abşeron və Qarabağ bölgəsindən 150 fotoşəkil nümayiş etdirilir: Azərbaycanın zəngin tarixini və köklü mədəni irsini təmsil edən nadir fotoşəkillər.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-03-2024, 17:09