Dialoq” adlı beynəlxalq sərgi açılıb
Bakı Fotoqrafiya Evində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb.
Qoruğu İdarəsindən bildirilib ki, sərgidə məşhur gürcü rəssamı, kukla ustası Baçana Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları nümayiş olunur.
Ümumilikdə Bakı Fotoqrafiya Evində 20 foto və 12 marionet sərgilənir.
Sərgi dekabr 22-dək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-12-2023, 17:15