Hər fotoqrafın işığı əbədidir...
Dekabrın 1-də YARAT Müasir İncəsənət Məkanında Azərbaycan Fotoqrafları Birliyinin (AFB) 25 illik yubileyi qeyd olunub.
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman 162 yaşına çatmış Azərbaycan fotoqrafiya sənətinin son 25 il ərzində AFB-nin üzvləri tərəfindən dünyada tanıdılması istiqamətində görülən işləri qeyd edib. O, AFB-nin iştirakı ilə Bakı Dövlət Universitetinin tələbələrinin keçdiyi təcrübə və Mingəçevir Dövlət Universitetinin "Vətən mənim gözümlə" adlı müsabiqəsinin uğurunu diqqətə çatdırıb.
Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu sənədli filmlər çəkilən zaman AFB-nin fondundan materiallar toplandığını bildirib: “AFB-də 570 adlı kitab və jurnal saxlanılır. Meydan hərəkatı, 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi ilə bağlı olan fotolar muzey arxivimizdə qorunur. YARAT-la birgə həyata keçirdiyimiz tədbirlərdən biri də "Dumanlar başımda dastana döndü" layihəsidir. Biz bundan qürur duyuruq”.
Daha sonra fotomüsabiqənin mükafatlandırma mərasimi olub.
Mərasimdə Azərbaycan fotoqrafiya sənətinə və Azərbaycan Fotoqrafları Birliyinin uğurlu fəaliyyətinə verdiyi töhfələrə görə Regional İnkişaf İctimai Birliyi, “DiVi” şirkəti, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, “EKOL Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universitetinin Yeni Media və Kommunikasiya Fakültəsi və Memarlıq İnşaat Universitetinin İtaliya-Azərbaycan Dizayn Mərkəzi, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Abşeron Milli Parkı, Qobustan Milli Tarix-Bədii Qoruğu, “Azkataloq.org” saytı, Bakı Xətai Sənət Mərkəzi, Rəngkarlıq Muzeyi, Şəki Şəhər İcra Hakimiyyəti xatirə diplomu ilə təltif olunub.
Sonda tanınmış fotoqraflara müxtəlif nominasiyalar üzrə "İlin fotoqrafı" mükafatı təqdim olunub.(azərtac)
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 1-12-2023, 23:49