İranın Rusiyadakı səfiri: “3+3” regiondakı problemlərin həlli üçün ən faydalı formatdır
“3+3” formatı regiondakı problemlərin həlli üçün ən faydalı platformadır.
Bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali keçirdiyi mətbuat konfransında deyib.
O, konsultativ platformanın əvvəlki iclasının ötən il Tehranda keçirildiyini xatırladıb və bu il yeni görüş olacağına ümid etdiyini söyləyib.
“Qeyd etmək vacibdir ki, digər ölkələrin, “fövqəlgüclər”in istənilən müdaxiləsi vəziyyəti gərginləşdirir. Digər ölkələrin mövcudluğu Cənubi Qafqazda nizamlanmaya mane olur. Bu regionda altı ölkə var - Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan. Məhz elə bu ölkələr də region üzrə ən yaxşı ekspertlərdir”, - diplomat bildirib.(report)
KARUSEL / DÜNYA
Tarix: 26-03-2024, 16:42