“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - İran Ali Milli Təhlükəsizlik Şurası
“İran Qarabağ iqtisadi rayonunun Azərbaycan ərazisinin bir hissəsi kimi tanınması mövqeyinə sadiqdir”.
İRNA xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan hazırda Tehranda səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə köməkçisi Xələf Xələfovla görüşündə bildirib.
Regiondakı vəziyyətə gəlincə, Ə.Ə.Əhmədiyan sülh, sabitlik və davamlı təhlükəsizliyin bərqərar olması üçün ölkələr arasında birgə səylərin və dialoqun vacibliyini qeyd edib. Bildirib ki, İran üçüncü tərəflərin regionun işlərinə qarışmasının əleyhinədir.
O, İran və Azərbaycan liderlərinin bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəyinə diqqət çəkərək Tehranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.(report)
KARUSEL / SİYASƏT
Tarix: 5-10-2023, 11:36