mobil versiya

Azərbaycanda 2 ayda dövlət xətti ilə 52 milyon manat ipoteka krediti verilib



Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,2 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 31,7 % azalaraq 47,9 milyon manat olub.
2 ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon manat vəsait cəlb edib (ötən ilin eyni dövründə vəsait cəlb etməyib), 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 21,9 milyon manat vəsait ayrılıb.(report)


KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-03-2024, 15:11