İsrail Rəfah əməliyyatı planını təsdiqləyib
İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirəcəyi əməliyyat planını təsdiqləyib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Biz mülki şəxslərin təxliyəsi və Rəfəha yardımın çatdırılması məsələsini həll etmək üçün hər şeyi edirik”, - deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, İsrail ordusu Rəfahdan mülki əhalinin evakuasiyasına hazırlaşır: “Biz Rəfaha girəcəyik və orada qalan HƏMAS batalyonlarını məhv edəcəyik. Bu baş verməsə, Qəzza zolağında müharibədə qələbə olmayacaq. Heç bir təzyiq bizi dayandıra bilməz".
Netanyahu əlavə edib ki, bu şəhərdəki əməliyyat Ramazan ayına görə deyil, hazırlıq tələb etdiyinə görə təxirə salınıb.
KARUSEL / DÜNYA

Tarix: 1-04-2024, 09:12