" Qəzza zolağı silahsızlaşdırılacaq və radikallardan azad ediləcək" - Binyamin Netanyahu
“İsrail Qəzza zolağının işğalını uzun müddət davam etdirmək və oradan mülki əhalini qovmaq niyyətində deyil”.
Bunu İsrail Baş naziri Binyamin Netanyahu bildirib.
“İsrail Fələstin əhalisinə yox, HƏMAS terrorçularına qarşı mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik”, – Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mülki əhalisinə dəyən zərəri minimuma endirmək üçün əlindən gələni edir: “HƏMAS isə mülki şəxslərdən canlı qalxan kimi istifadə etmək üçün hər şeyi edir. Xüsusilə də İsrail hərbçiləri dinc əhaliyə döyüş bölgələrini tərk etmək zərurəti ilə bağlı daim xəbərdarlıq edir. Məqsədimiz Qəzza zolağında HƏMAS terrorçularını məhv etmək və girovlarımızı azad etməkdir. Buna nail olduqda Qəzza zolağı silahsızlaşdırılacaq və radikallardan azad ediləcək. Bu, israillilər və fələstinlilər üçün daha yaxşı gələcək demək olacaq”.
KARUSEL / DÜNYA
Tarix: 11-01-2024, 17:36