mobil versiya

Ağdaşda saxlanılan narkokuryerdən 1 kiloqram 200 qram heroin götürülüb



Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Novruz Əhmədov saxlanılıb. Ondan 1 kiloqram 200 qram heroin aşkar edilib. Həmin şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu “Mustafa” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib.
N.Əhmədovun maddi vəsait qarşılığında narkokuryerlik etməyə razılaşdığı məlum olub.
Araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 5-04-2024, 09:26