İsrailin 28 səfirliyi fəaliyyətini dayandırıb – İrana görə...
İranın təhdidləri fonunda İsrail dünya üzrə 28 səfirliyinin fəaliyyətini dayandırıb.
Bu barədə “Sky News Arabia” nəşri məlumat yayıb.
Qeyd olunub ki, İsrail Dəməşqdəki İran konsulluğuna hücuma görə İslam Respublikasının cavab tədbirləri ilə bağlı hədələrindən sonra belə bir addım atmağa məcbur olub.
Bildirilir ki, bundan bir gün əvvəl “Kan” radioşirkəti də bəzi ölkələrdəki səfirliklərdən İsrail diplomatlarının təxliyə edilməsi ilə bağlı məlumat yayıb. Diplomatik nümayəndələrə də ictimai tədbirlərdə iştirak etməmək tövsiyəsi ilə xəbərdarlıqlar göndərilib.
Aprelin 4-də İranın ali dini lideri Ayətullah Əli Xamenei “X” sosial şəbəkə hesabından ivrit dilində payalaşım edərək bildirib ki, “İsraili Tehranın Dəməşqdəki konsulluğunda 13 nəfərin ölümü ilə nəticələnən hava hücumu həyata keçirmək qərarına görə peşman olacaq”.
İsrail isə sözügedən hücum zamanı İran konsulluğunu deyil, SEPAH-ın hərbi obyektinin hədəf alındığını bildirib.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA

Tarix: 5-04-2024, 13:29