mobil versiya

İran İsrailin konsulluğa hucumu ilə bağlı ABŞ-a mühüm mesaj göndərib



İsveçrə səfirliyinin rəsmisi ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi İran XİN-ə çağırılıb.
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücum nəticəsində İranın bir neçə rəsmi hərbi müşavirinin ölümündən sonra İsveçrə səfirliyinin rəsmisi ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi nazirliyə çağırılıb.
Görüşdə İsrailin hücumu barədə məlumat verilib və Amerika hökumətinin məsuliyyəti vurğulanıb.
“İsrailin himayədarı kimi Amerika hökumətinə mühüm mesaj göndərilib. Amerika məsuliyyətə cəlb edilməlidir”, – nazir qeyd edib.

KARUSEL / DÜNYA
Tarix: 2-04-2024, 09:56