mobil versiya

Heyvan bazarlarında vəziyyət heç də qənaətbəxş deyil



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublikada 24 heyvan bazarında yoxlama tədbirləri həyata keçirib. Nəticədə məlum olub ki, heyvan bazarlarında vəziyyət heç də qənaətbəxş deyil.
Bunu AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.
“Onların yarısından çoxunda ümumi sanitar-gigiyenik rejimlərə əməl olunsa da əsaslı qida təhlükəsizliyi sistemlərinə riayət edilmir. Digər bazarlarda isə demək olar ki, qida təhlükəsizliyi sistemlərinə əməl olunmur. Tərəfimizdən həmin bazarlara çox ciddi iradlarımızı bildirmişik və onların yaxın gələcəkdə həyata keçirməli olduqları sağlamlaşdırma işləri haqqında müvafiq tapşırıqlar verilib. Əgər həmin tapşırıqlar yerinə yetirilməzsə, həmin bazarların fəaliyyəti mümkünsüz olacaq”, - deyə Q.Təhməzli qeyd edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-04-2024, 13:42