Türk Antiterror Mərkəzinin yaradılması təklif edilib
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türk Antiterror Mərkəzinin yaradılmasını təklif edib.
Deputat bu təkliflə parlamentin bugünkü iclasında çıxış edib.
Komitə sədri inanır ki, Xankəndidə təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər.
Z.Oruc bildirib ki, Azərbaycanda dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir:
"Hamı bilsin ki, Vətən müharibəsi işğalçılarla bərabər, terror üzərində də qələbədir. Ona görə təklif edirik ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri olan PKK, İŞİD və erməni terroruna qarşı Türk Antiterror Mərkəzi yaradılsın".(report)
KARUSEL / SİYASƏT
Tarix: 5-04-2024, 13:51