"Oğlumun görüşdüyü "diplomatlar" Fransa xüsusi xidmət orqanlarının agentləridir" - Martin Rayanın atası
Casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın atası oğlunun görüşdüyü iki diplomatın Fransa xüsusi xidmət orqanlarının agentləri olduğunu təsdiqləyib.
Bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Fransalı iş adamının məhkəməsi ötən cümə axşamı Bakıda başlamalı idi. AFP-nin məlumatına görə, bununla belə, məhkəmə prosesi təxirə salınıb və istintaq uzadılıb.
Fransa Prezidenti Emmanuel Makrona yanvarın 23-də göndərdiyi məktubda atası Riçard Rayan yazıb ki, Martin başqalarının oyunlarının qurbanı olub.
“Bu səhər telefonla danışdığım oğlum Martin israr edir ki, DGSE (Fransa xarici kəşfiyyatı) əməkdaşları günahkardırlar. Həmin əməkdaşlar Martinin razılığı olmadan onu şantaj ediblər”, - R.Rayan AFP-yə bildirib.
Qeyd edək ki, dekabrın 4-də “Merkorama” MMC-nin Baş direktoru Martin Rayan Bakıda casusluq ittihamı ilə həbs edilib.(report)
KARUSEL / DÜNYA

Tarix: 5-04-2024, 17:54