mobil versiya

Fransanın müdafiə naziri Ermənistana gedir



Fransanın müdafiə naziri Sebastian Lekornu fevralın 22-23-də Ermənistana səfər edəcək.
France-Presse (AFP) agentliyi xəbər verir ki, Fransa müdafiə nazirinin Ermənistana ilk səfəri iki ölkə arasında müdafiə sahəsində əlaqələrin gücləndirilməsi məqsədini daşıyır.
Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana radarlar verəcək. Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır.
Fevralın 21-də Parisdə Fransa Müqavimət Hərəkatının erməni iştirakçısı Misak Manuşyan və onun arvadının nəşinin Panteona köçürülməsi mərasimi keçirilib. Mərasimdə Fransa prezidenti Emmanuel Makron və Parisdə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib.

KARUSEL / DÜNYA
Tarix: 22-02-2024, 13:29