mobil versiya

Baş Prokurorluq və DTX-ya göndərilən nəzarət tədbirlərinin sayı məlum olub



Hesablama Palatası göndərdiyi məlumatlar üzrə hüquq mühafizə orqanlarında işlər aparılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası tərəfindən 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edilib: “4 hal üzrə məlumatlar tikinti sahəsində cinayətlərlə bağlıdır. DTX-dan daxil olan məlumatlara əsasən, 1 audit üzrə daxil olan məlumatlara əsasən, cinayət işi davam etdirilir. Ümumilikdə 67,4 milyon manatın bərpası həyata keçirilib, bunun 700 min manatı hüquq mühafizə orqanları tərəfindən bərpa edilib”.(apa)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-04-2024, 12:52