mobil versiya

3 ayı ərzində Ombudsmana edilən müraciətlərin statistikası



Bu ilin yanvar, fevral və mart aylarında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) edilən müraciətlərin statistikası açıqlanıb.
Ombudsman Aparatının “916” Çağrı Mərkəzinə ilin ilk 3 ayı ərzində ümumilikdə 2008 müraciət daxil olub.

Həmin müraciətlərin mövzusuna gəlincə, ilk üçlükdə kommunal problemlər, ünvanlı dövlət sosial yardımı, müayinə və müalicə problemləri ilə bağlı şikayətlər yer alıb.
Vətəndaşların Ombudsmana müraciətlərindən 379-u Daxili İşlər Nazirliyi, 368-i Ədliyyə Nazirliyi, 336 müraciət isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədar olub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 9-04-2024, 16:01