5 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 5 min 828 müraciət edilib
Cari ilin 5 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 5 min 828 müraciət daxil olub.
Bunu jurnalistlərə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri İlham Hüseynov deyib. O qeyd edib ki, müraciətlərin 2 min 716-sı müayinə və müalicə, 1710-u əlillik məsələləri, 725-i işə qəbul və əmək münasibətləri, 340-ı dərman vasitələri və tibbi sərflə təminat, 337 müraciət isə digər məsələlərlə bağlı olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 20-06-2023, 12:07