mobil versiya

"Vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir" - BMT Baş katibi



“Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.
“Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir”, – deyə dünya təşkilatının rəhbəri bildirib.
Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.

KARUSEL / DÜNYA
Tarix: 15-04-2024, 10:27