mobil versiya

BMT-nin baş katibi jurnalistlərə çağırış edib



Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş jurnalistlərin qorunması ilə bağlı çağırış edib.
Baş katib bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Ötən il ən azı 88 jurnalist öz işini icra etdiyinə görə öldürülüb. Yaxın Şərqdə hazırki münaqişə jurnalistlərə dəhşətli zərbə vurur. Bizi məlumatlandıran jurnalistləri qorumaq üçün daha yaxşı təhlükəsizlik tədbirlərinə ehtiyacımız var", - paylaşımda deyilir.
Qeyd edək ki, indiyədək İsrail-HAMAS münaqişəsi nəticəsində 30-dan çox jurnalist öldürülüb.

KARUSEL / DÜNYA
Tarix: 1-11-2023, 09:54