İsrail rəsmiləri BMT Baş katibinin istefasını tələb edib
BMT-nin Baş katibi Antoniu Quterreşin HƏMAS-la bağlı çıxışından sonra İsrail hökuməti bu təşkilatın məmurlarına ölkəyə giriş üçün viza verməkdən imtina edib.
“The Time of İsrael” xəbər verir ki, İsrail rəsmiləri Baş katib A.Quterreşi BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışını tənqid edərək onun istefasını tələb edib.
Bildirilib ki, Baş katib etdiyi çıxışda bu tənqidlərdən sonra dediklərindən imtina etməyə səy göstərib. O, “X” səhifəsində yazıb: “Fələstin xalqının istəkləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına səbəb olmamalıdır”.
İsrailin BMT-dəki nümayəndədisi Gilad Erdan deyib ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə ölkəyə giriş vizası verməkdən imtina edib.
Antonu Quterreş Təhlükəsizlik Şurasında çıxışında deyib ki, HƏMAS hücumlarının vakkumda, boşu-boşuna baş vermədiyini də etiraf etmək lazımdır.
KARUSEL / DÜNYA

Tarix: 25-10-2023, 10:45