İsrail 1,1 milyon fələstinlinin Qəzzanın cənubuna təxliyə edilməsini tələb edib
İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.
Təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
"BMT hesab edir ki, belə yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz", - deyə o qeyd edib.
S.Düjarrik əlavə edib ki, bu tələb “bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə” aiddir.
KARUSEL / DÜNYA
Tarix: 13-10-2023, 08:57