mobil versiya

İsrail ordusu Cenin şəhərində əməliyyatları başa çatdırıb



İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində əməliyyatların başa çatdığını bildirib.
Əməliyyatın gedişində minə yaxın silah və partlayıcı hazırlanmasında istifadə olunan materiallar müsadirə edilib. İsrail hərbçiləri bölgədən çıxarkən Qəzza sektorundan İsrail ərazisinə beş raket atılıb. Bütün raketlər havada vurulub.
Fələstin səhiyyə orqanlarının məlumatına görə, reyd zamanı 13 fələstinli öldürülüb, onlarla şəxs yaralanıb. Beynəlxalq humanitar təşkilatlar israilli hərbçilərin təcili yardım maşınlarının hərəkətini məhdudlaşdırdığını bildiriblər. Döyüşlər zamanı İsrail ordusunun çavuşu da həlak olub.
İsrailin Cenin şəhərində keçirdiyi əməliyyatın miqyasını qınayan BMT Təhlükəsizlik Şurası bölgədəki vəziyyətlə bağlı bu gün qapalı məsləhətləşmələr keçirəcək.


KARUSEL / DÜNYA
Tarix: 5-07-2023, 12:41